İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
24.11.2014 - 22:20
FİFA 2014-cü ilin ən yaxşı qapıçısı adına namizədlər açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 5 qolkiperin adı yer alıb.
Bunlar "Bavariya"nın qapıçısı Manuel Noyer, Çili millisi və “Barselona”da forma geyinən Kladuio Bravo, London "Çelsi"sinin üzvü Tibo Kurtua, Çempionlar Liqasının son qalibi Madrid “Real”ının əlcək sahibi İker Kasilyas və "Yuventus"da çıxış edən Canluici Buffondu.
Qalibin adı gələn ay dekabrın 12-də bəlli olacaq.
Qeyd edək ki, ötən ilin ən yaxşı qapıçısı adına Almaniya yığmasının və “Bavariya”nın üzvü Noyer layiq görülüb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0