AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi meydana noyabrın 16-da çıxacaq. Komandamız yarışda 4-cü matçını keçirəcək.
Yığmamız 2014-cü ildə son qarşılaşmasında Norveçlə üz-üzə gələcək. Skandinaviyalılarla matç komandamızın seçmə mərhələdə 4-cü görüşü olacaq. İlk 3 oyununda xal qazana bilməyən futbolçularımız azarkeşlərini sevindirməyə çalışacaq.
Uğursuz nəticələr üzündən millini tərk edən almaniyalı Berti Foqtsun istefasından sonra ilk dəfə rəsmi matça çıxacaq komandamız son pillədən qurtulmaq üçün xal qazanmalıdı. Mahmud Qurbanovun rəhbərliyi altında ilk görüşünə çıxacaq yığmamız “Bakcell Arena”dakı ikinci görüşündə tilsimi qırmalıdı.
Öz meydanında Bolqarıstana 1:2 hesabı ilə yenilən milli son iki səfər matçındakı nəticələrdən sonra fanatları önündə nüfuzunu qaytarmağa çalışacaq. İtaliyada 1:2, Xorvatiyada isə 0:6 hesabı ilə məğlub olan yığmamız Norveçin heç də ən yaxşı dövrünü yaşamamağından yararlanmalıdı.
Son illərdə ciddi nəticə əldə edən bilməyən skandinaviyalılar Estoniya ilə yoxlama oyununda 0:1 hesabı ilə uduzmuşdu. Bu da şimallıların Qurbanovun yetirmələrinin dişinə görə rəqib olmasından xəbər verir. Düzdü, DÇ-1998-in seçmə mərhələsində yığmamız Norveçdən nə xal alıb, nə qol vurub. Həmin vaxt səfərdə 0:5, evdə 0:1 hesabı ilə yenilən millimiz 17 ildən sonra qisasını almaq əzmindədi.
AVRO-2016-nın seçmə mərhələsi
16 noyabr
H qrupu
21:00. AZƏRBAYCAN - NORVEÇ
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Şlonçak
Dördüncü hakim: Sergey Bekker
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abduıla (hamısı Ukrayna)
Hakim-inspektor: Zoran Petroviç (Serbiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)
Bakı. “Bakcell Arena” stadionu
|
1. |
Xorvatiya |
3 |
3 |
0 |
0 |
9:0 |
9 |
|
2. |
İtaliya |
3 |
3 |
0 |
0 |
5:1 |
9 |
|
3. |
Norveç |
3 |
2 |
0 |
1 |
5:3 |
6 |
|
4. |
Bolqaıstan |
3 |
1 |
0 |
2 |
3:4 |
3 |
|
5. |
Malta |
3 |
0 |
0 |
3 |
0:6 |
0 |
|
6. |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
2:10 |
0 |
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı