İlk çempionluq
21.05.2015 - 08:00
İlk çempionluq

Futbol üzrə Moldova çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, qızı medalların taleyinə son turda aydınlıq gəlib.

 

Dramatik sonluqla başa çatan çempionatı 3 komanda eyni xalla bitirib. Belə ki, son tur öncəsi 3 xal üstünlüyə malik olan “Daçiya” ən yaxın izləyicisi “Milsami”yə məğlub olub. Sonuncularla eyni xala malik “Şerif”in də qələbə qazanmasından sonra hər 3 klubun 55 xalı olub.

 

Nəticədə qızıl və gümüş medalların sahibi şəxsi oyunlara əsasən bilinib. Bu göstəricidə üstün olan “Milsami” tarixində ilk dəfə çempion olub. “Daçiya” 2-ci yerlə kifayətlənibsə, “Şerif” 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Milsami” Çempionlar Liqasına da vəsiqə qazanıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq debütant Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən olub.