İlk dəfə Çempionlar Liqasında
14.05.2015 - 08:32
İlk dəfə Çempionlar Liqasında

Gürcüstan çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qorinin “Dila” klubu tarixində ilk dəfə çempion tituluna yiyələnib.

 

Səfərdə “Samtredia”nı 1:0 hesabı ilə məğlub edən qorililər xal hesabını 60-a çatdırıb. Çempionun ən yaxın izləyicisi Batumi “Dinamo”su səfərdə “Sioni”yə 0:1 hesabı ilə məğlub olub. Nəticədə liderdən 8 xal uzaq düşən “Dinamo” çempionluq şansını da, 2-ci pilləni də əldən verib.

 

Düzdü, 2-ci pilləni ələ keçirən Tiflis “Dinamo”su hesabında 54 xal olduğundan çempiona çatmaq imkanına malikdi. Amma əlavə göstəricilər üzündən “Dila” izləyicisi üçün əlçatmazdı.

 

Qeyd edək ki, ilk dəfə Çempionlar Liqasında çıxış edəcək “Dila” yarışa II təsnifat mərhələsindən başlayacaq. Qori klubu bu mərhələdə Azərbaycan çempionunun potensial rəqiblərindəndi.