Bu gün AVRO-2016-nın seçmə mərhələsində ilk oyununa çıxan Azərbaycan millisi Bolqarıstanla görüşdə ilkə imza ata bilməyib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Bolqarıstanla ev oyununda qalib gəlsə idi, yenilik edəcəydi.
Belə ki, komandamız tarixində ilk dəfə startda 3 xal qazanacaqdı. Lakin yığmamız bunu bacarmadı.
Qeyd edək ki, əvvəlki 10 seçmə mərhələnin heç birində millimiz ilk oyunu qələbə ilə başa vurmayıb. Cəmi 2 dəfə startda heç-heçə edən yığmamız digər 8 mərhələyə məğlubiyyətlə başlayıb. 4 dəfə Bakıda, 6 dəfə səfərdə start xəttinə çıxan komandamız 5-ci dəfə seçmə mərhələyə evdə başlayıb. Öz meydanındakı son iki startda 1:1 hesablı heç-heçəylə kifayətlənən komandamız bu dəfə məğlubiyyətlə üzləşib – 1:2.
Həmçinin yığmamız bütün start oyunlarında qol buraxıb.
AÇ-1996
7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan - 3:0
DÇ-1998
2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan - 5:0
AÇ-2000
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 3:0
DÇ-2002
2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç - 0:1
AÇ-2004
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
DÇ-2006
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels - 1:1
AÇ-2008
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan - 1:0
DÇ-2010
6 sentyabr 2008. Kardif. DÇ. Uels - Azərbaycan - 1:0
AÇ-2012
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
DÇ-2014
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail - 1:1
AÇ-2016
9 sentyabr 2014.Bakı. AÇ. Azərbaycan – Bolqarıstan – 1:2