İngilis klubundan 20 yaşlı serb hücumçuya 13 milyon funt
19.07.2015 - 20:50
İngilis klubundan 20 yaşlı serb hücumçuya 13 milyon funt

İngiltərənin “Nyukasl” klubu “Anderlext”in serb hücumçusu Aleksandr Mitroviçi transfer edib. Apasport.az saytının “eurosport”a istinadən məlumatına görə, ingilislər bu keçid üçün 13 milyon funt-sterlinq xərcə düşüblər.

 

Gənc futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, “Partizan”ın yetirməsi olan 20 yaşlı gənc ulduz ötən mövsüm “Anderlext” forması ilə bütün yarışlarda 50 oyunda meydana çıxıb, 27 qol vurub və 5 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.