İngilis nəhənglərinin 15 yaşlı futbolçu uğrundakı mübarizəsi
21.06.2015 - 19:39
İngilis nəhənglərinin 15 yaşlı futbolçu uğrundakı mübarizəsi

İngilis klubları “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” 15 yaşlı ispan futbolçu Moxa uğrunda mübarizəyə başlayıblar. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “Real”ın yeniyetmə istedadı üçün ən çox cəhd göstərən “qırmızı şeytanlar”dı.

 

“Manukunyanlar” hətta yarımmüdafiəçinin çıxış etdiyi bir neçə oyunu da izləyiblər.

 

“Kral klubu” isə perspektivli oyunçusunu itirmək istəmir.  Hələlik futbolçunun nə qərar verəcəyi maraqla gözlənilir.