İngilislər də yığmamızla bacarmadı
10.08.2015 - 08:05
Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib.
Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev fərqləniblər.
Qeyd edək ki, yığmamız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya millisinə 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.
0
0