“Mançester Yunayted”in forvardı Ueyn Runi İngiltərə millisinin 2015-ci il üçün ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Federasiyasının azarkeşlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Runi 37 faiz səs toplayaraq 1-ci olub.
Runi keçən il AÇ-2016-nın seçmə mərhələsinin İsveçrəylə ev oyununda (2:0) fərqlənərək İngiltərə millisinin tarixinə düşmüşdü. Belə ki, İsveçrəylə oyunda millidəki 50-ci qoluna imza atan 30 yaşlı forvard, millinin tarixi ərzində ən çox qol vuran futbolçu olmuşdu.
O, İngiltərə futbolunun əfsanəsi Bobbi Çarltonu geridə qoymuşdu.
İngiltərənin gənclərdən ibarət millisinin ən yaxşı oyunçusu isə “Stok Siti”nin qapıçısı Cek Batlend seçilib.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya