İngiltərədən Kavaniyə 82 milyon avroluq təklif
08.04.2015 - 16:48
İngiltərədən Kavaniyə 82 milyon avroluq təklif

PSJ-nin hücumçusu Edinson Kavani “Mançester Yunayted”ə keçə bilər. Apasport.az-ın “Daily Star”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” uruqvaylı forvardla danışığa başlayıb.

 

“Monako”dan icarəyə götürülən Radamel Falkaonu bəyənməyən ingilislər onun yerinə məhz Kavanini almağı planlaşdırırlar. Paris klubunda Zlatan İbrahimoviçin kölgəsində qalan Kavani özü də bu keçiddə maraqlıdı. “Mankunianlar” transferin baş tutması üçün Fransa klubuna 82 milyon avro təklif edib. Tərəflər ortaq məxrəcə gələ bilsə, oyunçu mövsümün sonunda İngiltərəyə köçəcək.

 

Qeyd edək ki, “Milan” və “Atletiko” da Kavanini transfer etmək niyyətindədi.