İntizam Komitəsi “Araz Naxçıvan”ın müraciətinə baxdı
17.11.2014 - 12:44
İntizam Komitəsi “Araz Naxçıvan”ın müraciətinə baxdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xıəbərinə görə, toplantıda “Araz Naxçıvan”ın çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb.


11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla “Araz Naxçıvan” klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

PFL  bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

“Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub oyunların 50 faizdən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil olunur.