“Barselona”nın futbolçusu Andreas İnyesta və “Yuventus”lu Patris Evranın Çempionlar Liqası final matçında meydana çıxmaqları onlar üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İnyesta kataloniyalıların tarixində ilk futbolçudu ki, 4-cü dəfə Avropanın ən nüfuzlu klub turnirində final oyununa çıxır.
Evra isə müxtəlif klublarla üst-üstə 5-ci dəfə final həyəcanı yaşayır. Fransalı futbolçu bu nəticə ilə Klarens Zeedorf və Edvin van der Sarın finalda oynamaq saylarını təkrarlayıb.
Məlum göstəricidə ilk pillə isə 8 dəfə finalda oynamış “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldiniyə məxsusdu.