“Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın durumuna aydınlıq gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ispaniyalı futbolçunun zədəsinin ciddi olmadığı məlum olub.
Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə səfər qarşılaşmasında zədələnən İnyestanın qarşılaşmadan sonra heç tibbi müayinədən keçməsinə ehtiyac duyumlayıb. Kataloniya klubunun baş məşqçisi Luis Enrike vitse-kapitanın vəziyyətindən narahatlıq keçirdiyini bildirsə də, İnyestada yüngül əzilmə olub və o, özünü yaxşı hiss etdiyini bildirib. Ulduz futbolçu komandanın növbəti oyunlarında meydana çıxa biləcəyini söyləyib.
Qeyd edək ki, İnyesta PSJ ilə matçın ikinci hissəsində rəqib futbolçu Xavyer Pastorenin müdaxiləsindən sonra belindən zədə alıb. Paridsə baş tutan qarşılaşma "Barselona"nın 3:1 hesablı qələbəsi ilə nəticələnib.