Azərbaycan millisində 23 futbolçu
10.10.2014 - 11:52
Azərbaycan millisində 23 futbolçu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yığmamız oktyabrın 12-dən 24-dək Almaniyanın Heusenstamm şəhərində hazırlıq keçəcək.

 

Toplanış çərçivəsində yığma üzvləri laktat testi verəcək, həmçinin 4 yoxlama oyunu təşkil olunacaq. Hazırlıqlarda 23 futbolçu iştirak edəcək: Ağaseyid Qasımov (Qarabağ), Nurlan Quluzadə, Fəhmin Muradbəyli, Mirkamil Həşimli (hamısı “Neftçi”), Yusup Xakimov, Təyyar Məmmədov, Renat Ağaverdiyev, Mahir Mədətov (hamısı “Bakı”), Ilyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Yusif Nəbiyev, Bəhlul Mustafazadə, Emin Zamanov (hamısı “Qəbələ”), Mansur Nahavəndi, Elnur Suleymanov, Ülvi İbazadə (hamısı “İnter”), Anar Həsənov (Rəvan), Budaq Nasirov (Araz-Naxçıvan), Vadim Ağarəhimov (Zenit, Sankt-Peterburq, Rusiya), Elgün Uluxanov (MOİK, Moskva, Rusiya), Tolqa Şahin (Kayzerslautern, Almaniya), Benhur Kama (Hannover, Almaniya), Sefa İscan (Arminiya, Almaniya).

 

Mənbə: affa.az