Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu Bakı “İnter”inin 4 futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, İslandiyanın “Hafnarfyordur” klubu ilə sabah baş tutacaq səfərdəki görüşdə bəzi oyunçular yubiley qeyd edəcək.
İki futbolçu avrokuboklarda yubiley matçını keçirəcək. Zurab Xizanişvili qitə miqyaslı turnirlərdə 25-ci, Denis Silva isə 10-cu matçına çıxacaq
Rauf Əliyevlə Nika Kvekveskiri isə ikiqat yubiley qeyd edəcək. Onlar həm avrokuboklarda, həm də Avropa Liqasında əlamətdar qarşılaşmaya çıxa bilər. İslandiyadakı görüş Rauf üçün 20-ci, Nika üçün 10-cu olacaq.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq