İspaniyada tətil qərarı qüvvədə qaldı
12.05.2015 - 21:16
İspaniyada tətil qərarı qüvvədə qaldı

Bu gün İspaniya Peşəkar Futbol Liqası və Peşəkar Futbolçular Assosiasiyası arasında keçirilmiş görüş nəticəsiz qalıb. Apasport.az saytının məlumatına görə, yayım məsələsinin müzakirəsi zamanı anlaşma olmayıb və bu səbəbdən daha əvvəldən verilmiş tətil qərarı qüvvədə qalıb.

 

Əgər tərəflər arsında razılıq əldə olunmazsa həftəsonu primeranın növbəti turu baş tutmayacaq.

 

Xatırladaq ki, assosiasiya və PFL arasındakı növbəti görüş çərşənbə gününə təyin olunub.