İsrafilov “Real”a qarşı forma geyindi, cəzalandırıldı
02.11.2014 - 15:55
İsrafilov “Real”a qarşı forma geyindi, cəzalandırıldı

"Qranada"nın şərəfini qoruyan Azərbayanlı futbolçu Eddi İsrafilov ötən gün İspaniya La Liqasının X turunda “Real”a görüşdə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun 0:4 hesabı ilə qələbə qazandığı görüşdə İsrafilov matça start heyətdə başlayıb.

 

39-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan gənc yarımmüdafiəçi fasilədə Markeslə əvəzlənib.

 

Qeyd edək ki, 10 oyundan sonra "Qranada" 9 xalla 14-ci pillədə qərarlaşıb.