Sabah Topaz Premyer Liqasında VIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan 3 həftəlik fasilədən sonra klublar növbəti matçlarına çıxacaqlar.
Turun mərkəzi görüşü olan “Qarabağ” – “Qəbələ” matçı və liderin görüşü paytaxtda baş tutacağından, əsas diqqətlər Bakıya yönələcək.
3 gün davam edəcək tura Sumqayıtda start veriləcək. Burada eyniadlı komanda “Neftçi”ni qəbul edəcək. Son iki matçda qələbə qazana bilməyənlərin görüşündə hər iki komanda üçün 3 xal qazanmaq vacibdi. Meydan sahibləri bununla liderliyə yüksələ bilərsə, bakılılar ən azı bir neçə saatlıq ikinci yeri əldə etmək arzusundadı.
İlk oyun gününə turun mərkəzi qarşılaşması ilə yekun vurulacaq. Eyni xalla 3-cü pilləyə şərik olan “Qarabağ”la “Qəbələ” paytaxtda üz-üzə gələcək. Ardıcıl 3 qələbə qazanan çempion seriyasını davam etdirmək iddiasındadı. Qonaqlar isə ötən mövsüm çempionatda xal ala bilmədiyi, kubokda isə mübarizədən kənarlaşdırdığı rəqibi büdrətməyə çalışacaq.
Turun ikinci günündə AZAL “Araz-Naxçıvan”ın qonağı olacaq. Son iki oyununda uduzmayan və mövqeyini nisbətən yaxşılaşdıran bakılılar ardıcıl 5 məğlubiyyət alan Naxçıvan təmsilçisi ilə matçın favorit sayıla bilər. Lakin istefa təhlükəsi ilə üz-üzə qalan Əsgər Abdullayevin yetirmələri meydan amilindən yararlanmaq niyyətindədi.
İkinci oyun günü “qardaş” görüşü ilə başa çatacaq. Premyer Liqanın lideri “İnter” “Simurq”u sınağa çəkəcək. Gürcüstanlı baş məşqçilərin növbəti dueli hər iki çalışdırıcı üçün önəmlidi. Liderlərə yaxınlaşmaq imkanı da olan Zaqatala təmsilçisinin çalışdırıcısı Georgi Çixradze Bakıya, sabiq komandası ilə matça istefa qorxusuyla gəlibsə, Kaxaber Sxadadze yetirmələrinin zirvədə qalmasını gözləyir.
Tura Lənkəranda yekun vurulacaq. Bir vaxtlar görüşləri prinsipiallığı ilə seçilən “Xəzər Lənkəran” və “Bakı” yenidən üz-üzə gələcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan rəqiblər bu dəfə fərqli vəzifənin öhdəsindən gəlməkdədi. Belə ki, hər iki komanda təhlükəli zonadan uzaqlaşmaq, liderlər qrupuna yaxınlaşmağı arzulayır. Heyəti əvvəlki illərdən xeyli zəif olan qonaqlardan fərqli, meydan sahibləri iddialı olduğunu təsdiqləmək üçün mütləq qalib gəlməlidir.
Topaz Premyer Liqası
VIII tur
17 oktyabr (cümə)
16:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”
19:30. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
18 oktyabr (şənbə)
15:00. “Araz Naxçıvan” – AZAL
Naxçıvan Muxtar Respublika stadionu
18:00. “İnter”- “Simurq”
“İnter Arena”
19 oktyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Bakı”
“Xəzər Lənkəran” mərkəzi stadionu
|
Yer |
Komanda |
o |
q |
h |
m |
t/f |
x |
|
1 |
İnter |
7 |
4 |
2 |
1 |
20-4 |
14 |
|
2 |
Sumqayıt |
7 |
4 |
0 |
3 |
10-10 |
12 |
|
3 |
Qarabağ |
6 |
3 |
2 |
1 |
9-6 |
11 |
|
4 |
Qəbələ |
7 |
3 |
2 |
2 |
7-8 |
11 |
|
5 |
Neftçi |
6 |
3 |
1 |
2 |
5-7 |
10 |
|
6 |
Simurq |
7 |
3 |
0 |
4 |
9-8 |
9 |
|
7 |
Xəzər L |
7 |
2 |
2 |
3 |
5-6 |
8 |
|
8 |
AZAL |
6 |
2 |
2 |
2 |
5-8 |
8 |
|
9 |
Bakı |
7 |
2 |
1 |
4 |
6-15 |
7 |
|
10 |
Araz N |
6 |
1 |
0 |
5 |
5-7 |
3 |
Bombardir: Mikel Alvaro (İnter) – 5.