İtaliya - Azərbaycan oyunu üçün nə qədər bilet satılıb?
09.10.2014 - 19:49
AVRO-2016-nın seçmə mərhələsində baş tutacaq İtaliya - Azərbaycan qarşılaşmasının bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, Palermo şəhərinin "Renzo Barbera" stadionunda reallaşacaq oyuna artıq 25 min azarkeş bilet alıb.
Sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matç saatına qədər daha çox biletin satılacağı iddia edilir.
Qeyd edək ki, "Renzo Barbera" stadionunun tutumu 36 min 349 nəfərdir.
0
0