İtaliya çempionu üçün üzücü xəbər
30.04.2015 - 18:47
İtaliya çempionu üçün üzücü xəbər

İtaliya, eləcə də, Avropa futbolunda önəmli yer tutan "Parma” aşağı liqaya yuvarlanıb. Apasport. az saytının məlumatına görə, son turda “Latsio”ya 0:4 hesabı ilə məğlub olması komandanı B seriyasına aparıb.

 

Son zamanlar böhranla üzləşən klub, bu ilin martında 70 milyon avro borcu səbəbindən müflis olduğunu açıqlamışdı. Həmçinin, futbolçuların aylıq maaşı ödənilmirdi. Hətta oyunçuların geyimlərini özləri təmizləməsi və yuması, klub avtobuslarını idarə etməsi İtaliya idman ictimaiyyətinin gündəmini zəbt etmişdi.     

  

Xatırladaq ki, “Parma” vaxtilə “UEFA kuboku”nu (indiki Avropa Liqası) başı üzərinə qaldırıb və bir neçə dəfə İtaliya A seriyasının qalibi olub.