İtaliya yığması itki ilə üzləşdi
10.09.2014 - 10:38
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İtaliya yığması itki ilə üzləşib. Apasport.az xəbər verir ki, apeninlilərin hücumçusu Çiro İmmobile zədələnib.
O, dünən millisinin Norveçə qarşı keçirdiyi oyunda meydana çıxa bilməyib. Komandanın həkimi Enriko Kastelaççi də İmmobilenin növbəti oyunlarda meydana çıxıb-çıxmayacağının bəlli olmadığını bildirib.
Qeyd edək ki, İtaliya yığma komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu oktyabrın 10-da Azərbaycan millisinə qarşı keçirəcək.
0
0