İtaliya yığmasında ilk
17.06.2015 - 01:12
İtaliya yığmasında ilk

Portuqaliya ilə yoldaşlıq oyunu keçirən İtaliya millisi minimal hesabla məğlub olub. Apasport.az saytının məlumatına görə, matçda yeganə qola “Benfika”nın hücumçusu Eder imza atıb.

 

Bu məğlubiyyət italyanların Kontenin baş məşqçiliyi ilə ilk yenilgisidi. Bundan əlavə “skuadra adzurra” Kontenin rəhbərliyi ilə çıxdığı oyunlarda ilk dəfə meydanı qolsuz tərk etməli oldu.

 

Xatırladaq ki, 2014-cü ilin avqustundan bu yana  İtaliya millisini çalışdıran Kontenin rəhbərliyi altında “göylər” 9 oyun keçirmiş, bu oyunlarda 5 dəfə qələbə qazanıb, 4 oyunu da bərabərliklə bitirmişdi.