İtaliya millisinin hücumçusu Çiro İmmobile "Sevilya"dan ayrılıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Torino"da çıxış edəcək.
Bu barədə Turin klubunun rəsmi saytı xəbər yayıb. "Torino" mövsümün sonunda futbolçunu transfer etmə haqqına da sahibdi.
Bu, İmmobilenin "Torino"da ilk çıxışı olmayacaq. Belə ki, forvard 2013/14 mövsümündə Turin təmsilçisinin uğurları üçün çalışıb. O, 2014-cü ildə bu klubdan "Borussiya"ya transfer olunmuşdu. Ötən yay Dortmund təmsilçisindən "Sevilya"ya icarəyə verilən Çiro, burda meydana çıxdığı 15 oyunda cəmi 4 qola imza ataraq, ümidləri doğrultmayıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi