Ötən gecə AVRO-2016-nın seçmə mərhələsində milli komandamızı 2:1 hesabı ilə məğlub edən İtaliya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Palermo şəhərinin “Renso Barbera” stadionunda meydana start heyətdə çıxan Simone Zaza və Mattia de Şilyonun oyundan sonra zədələndiyi müəyyənləşib.
Belə ki, “Sassuolo”nun hücumçusunun çənəsində, “Milan”ın yarımmüdafiəçisinin isə sağ çiyinində ağrılıar başlayıb.
Bunu bu gün İtaliya Futbol Federasiyasının həkimi Enriko Kastellatsi də təsdiqləyib: “Hər iki futbolçunun kiçik zədələri var. Lakin narahat olunası bir şey yoxdur”.
Qeyd edək ki, İtaliya AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.