İtaliyalı qapıçı rəsmən Paris klubunda!
10.09.2014 - 20:53
PSJ əsas qapıçısı Salvator Siriqu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, son Fransa çempionu 27 yaşlı qolkiperlə 3 illik müddətinə razılaşıb.
İtaliyalı qapıçı 2018-ci ilin 30 iyununa qədər Paris təmsilçisinin formasınıgeyinəcək.
Qeyd edək ki, 2011-ci ildən PSJ-də çıxış edən Siriqu 139 matçda şans əldə edib.
0
0