İtaliyanın ən güclüsü Çində bəlli olacaq
21.06.2015 - 15:56
İtaliyanın ən güclüsü Çində bəlli olacaq

İtaliya Super kuboku uğrunda görüş Çində keçiriləcək. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, ölkə çempionu və kubokun qalibi “Yuventus”la A seriyasının gümüş mükafatçısı “Latsio” arasındakı oyun 60 minlik Şanxay stadionunda olacaq.

 

Matç avqustun 8-nə təyin olunub.

 

Xatırladaq ki, ötənilki Super kubok oyunu da İtaliyadan kənarda, 2014-cü ilin dekabrında Qatarda oynanmışdı. Həmin matçda “Yuventus”la “Napoli” qarşılaşmışdı.