[b]İtaliyanın köklü klubu rəsmən iflasa uğradı[/b]
19.03.2015 - 22:06
Bu gün məhkəmə dinləmələrindən sonra “Parma” haqqında qərar çıxarlıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın köklü klublarından olan A seriyası təmsilçisi rəsmən iflasa uğradığı açıqlanıb.
Maliyyə sıxıntısından yaxa qurtara bilməyən komandaya yeni sponsor tapılmasa, “Parma” IV liqaya göndəriləcək.
Qeyd edək ki, daha əvvəl 200 milyon avro borcu olan “Parma”nın aktivindən üç xalı silinib. Komanda hazırda 25 oyundan 9 xalla turnir cədvəlinin son pilləsində yer alır.
0
0