IV turun 4-cüsü
10.11.2014 - 10:00
IV turun 4-cüsü

Avropa Liqasının IV turunun oyunlarında ən çox tamaşaçı toplayan matçların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Ukrayna “Dnepr”i ilə Bakıdakı qarşılaşması (1:2) da ən çox izləyici toplayan matçlar sırasına düşüb.

31 min azarkeşi bir araya gətirən oyun IV turun 24 matçı arasında 4-cü olub. Turun ən yüksək göstəricisi isə gələn turda “Qarabağ”ın oynayacağı arenada qeydə alınıb. Fransada İtaliya “İnter”ini qəbul edən “Sent-Etyen” 36 min 411 seyrçi önünə çıxıb.

Ən çox tamaşaçı toplayan 5 oyun

1. "Sent-Etyen" (Fransa) - "İnter" (İtaliya) - 36.411

2. "Sevilya" (İspaniya) - "Standard" (Belçika) - 35.000

3. "Everton" (İngiltərə) - "Lill" (Fransa) - 32.000

4. "QARABAĞ" (AZƏRBAYCAN) - "Dnepr" (Ukrayna) - 31.000

5. "Feyenoord" (Hollandiya) - "Riyeka" (Xorvatiya) - 30.000

Mənbə: qarabagh.com