İvan Perisiç: Azərbaycanla görüş Bolqarıstanla matçdan daha asan olacaq
09.10.2014 - 11:21
İvan Perisiç: Azərbaycanla görüş Bolqarıstanla matçdan daha asan olacaq

“Mən mümkün qədər tez sağalmaq üçün əlimdən gələni etdim. Milli komandamız Bolqarıstan və Azərbaycanla oyunlarda kömək etmək istəyirəm”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya milli komandasının üzvü İvan Perisiç deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan xorvatların yarımmüdafiəçisi qarşıdakı matçları haqqında fikirlərini bildirib: “Mən özümü çox yaxşı hiss edirəm. Qarşıdakı hər iki oyunda qalib gəlməliyik. Səfərdə Bolqarıstan və evdə Azərbaycanla oynayacağıq. Biz hər iki matça xüsusi hazırlaşırıq. Düşünürəm ki, Osiek şəhərində Azərbaycanla keçirəcəyimiz görüş Sofiyada Bolqarıstanla oynayacağımız matçdan daha asan olacaq. Çünki azarkeşlərimizin möhtəşəm ab-hava yaradacağını gözləyirəm. Stadion dolu olacaq. Mən hazırda çox nikbinəm. Düşünürəm ki, biz 6 xal qazana bilərik. Düzdü, hazırda Xorvatiya millisində gənc futbolçular çoxdur. Amma dünya ulduzları da var. Gənclərlə təcrübəlilər birlikdə komandamızı Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə daşımaq istəyirik”.

 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan qarşılaşması oktyabrın 13-də Osiek şəhərində keçiriləcək. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.