İzmir klubunu “Real”ın aqibəti gözləyir
08.12.2015 - 21:03
İzmir klubunu “Real”ın aqibəti gözləyir

Türkiyə Kuboku çərçivəsində baş tutan “Göztəpə” – “Nazilli Bələdiyyəspor” matçının nəticəsi (1:2) ləğv olunacaq. Apasport.az saytının “Hürriyət”ə istinadən məlumatına görə, buna səbəb həmin oyunda izmirlilərin cəzalı oyunçunu oynatmasıdı.

 

Artıq TFF Nizam İntizam Komitəsi bununla bağlı qərarını verib. “Sarı-qırmızılılar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Meydana çıxan cəzalı oyunçu Mehmet Enes Öztürk isə 4 oyunluq cəzalandırılıb.

 

Bu yaxınlarda İspaniya kubokunda da anoloji hal müşahidə olunmuşdu. Cəzalı vəziyyətdə olan Dmitri Çerışevi “Kadiz”lə oyunda meydana buraxan “Real” klubu kubokdan kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, qədim tarixi olan “Göztəpə” klubu İzmirin 2 ən güclü komandasından biridi və milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” ilə tarixi rəqabətə malikdi.