Joaozinyo: “Borussiya” və “Qəbələ” ilə oyundansa...
23.10.2015 - 14:20
Joaozinyo: “Borussiya” və “Qəbələ” ilə oyundansa...

“İlk hissədə o qədər də yaxşı çıxış etmədik. Amma fasilədən sonra sürəti artırdıq. Buna baxmayaraq, qələbə istəyimizi reallaşdıra bilmədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Krasnodar”ın yarımmüdafiəçisi Joaozinyo deyib.

 

Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda çıxış edən “Krasnodar” dünən PAOK-la qolsuz heç-heçə edib.

 

Matçdan sonra Rusiya mətbuatına açıqlama verən Joaozinyo “Avropa Liqasında hər xal böyük önəm kəsb edir. Amma bu gün layiq olduğumuz qələbəni qazana bilmədik. Öz üzərimizdə çalışmalıyıq. Qarşıda hələ 3 oyunumuz var. Evdə PAOK və “Borussiya”, səfərdə isə “Qəbələ” ilə qarşılaşmalıyıq. Məncə, “Borussiya” və “Qəbələ” ilə oyundansa, PAOK-la cavab görüşü bizim üçün daha önəmlidi. Çünki məhz həmin qarşılaşmada növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. Öz meydanımızda PAOK-a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bunu bacarsaq, qrupdakı son 2 qarşılaşmaya rahat çıxacağıq”.

 

Qeyd edək ki, 3 oyundan sonra 4 xal toplayan “Krasnodar” C qrupunun ikincisidi. 

0