Joze Mourinyo "Arsenal"a söz atdı
28.04.2015 - 08:30
Joze Mourinyo "Arsenal"a söz atdı

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yenə gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı onun komandasını tənqid edən “Arsenal” fanatlarına cavab verib.

 

Mourinyo “Arsenal”la qolsuz heç-heçə etdikləri matçdan sonra “Çelsi”ni darıxdırıcı oyun sərgiləməkdə günahlandıran azarkeşlərə səslənib: “Siz “Arsenal”a azarkeşlik edirsiz və neçə ildi çempionluq gözləyirsiz. Bu, çox darıxdırıcıdı. “Cansıxıcı” adlandırdığınız “Çelsi” çempionatda vurduğu qolların sayına görə ikinci yerdədi. Ən yaxşı top fərqinə də məhz biz sahibik. Təkcə “Mançester Siti” bu mövsüm bizdən çox qol vurub. Əgər Dieqo Kosta və Loik Remi yoxdusa, hücumda bir futbolçu ilə oynayırıqsa, əvvəlki oyunlardakı qədər çox qol vura bilməməyimiz normaldı. Darıxdırıcı olan bilirsiz nədi? 10 il titulsuz qalmaq. Özü də çox darıxdırıcıdı”.