Joze Mourinyo cəzalandırıldı
02.11.2015 - 23:58
Joze Mourinyo cəzalandırıldı

Joze Mourinyo bir oyunluq diskvalifikasiya edilib. Apasport.az saytının BBC Sport-a istinadən verdiyi məlumata görə, İngiltərə Premyer Liqasının X turunda “Vest Hem”lə oyunda hakimlərə qarşı təzyiq etdiyi üçün meydandan qovulan portuqaliyalı mütəxəssis bundan əlavə 40 min funt məbləğində cərimə də ödəyəcək.

 

Bu səbəbdən o, Premyer Liqanın 12-ci turu çərçivəsində “Stok Siti” ilə oyunda komandasını idarə edə bilməyəcək.