Joze Mourinyo David Luisin cəzalandırılmasını istəyir
12.03.2015 - 21:01
Joze Mourinyo David Luisin cəzalandırılmasını istəyir

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “zadəganlar”ın sabiq müdafiəçisi və hazırda PSJ-də çıxış edən David Luisin cəzalanmasını istəyir. Apasport.az saytının məlumatına görə, ötən gün Çempionlar Liqasının 1/8 finalının cavab matçında doğma publika önündə Fransa klubu ilə 2:2 hesablı bərabərə qalıb, turnirlə vidalaşmasına səbəb olan braziliyalının qolunda qayda pozuntusu olduğunu bildirib.

 

Portuqaliyalı çalışdırıcı Luisin hücumçusu Dieqo Kostanı dirsək zərbəsi endirdiyini vurğulayıb: “Matç zamanı mən Luisin dirsəklə zərbəsini görmədim. Amma UEFA onu görüşün ən yaxşı oyunçusu seçdi. David yaxşı oynadı. Lakin mən anlamıram ki, Dieqo Kostanı vuran futbolçu ən yaxşı adını niyə qazanır. Luis bu hərəkəti ilə cəzaya məruz qalmalıdı”.

 

Qeyd edək ki, David Luis oyunun 86-cı dəqiqəsində hesaba tazılıq gətirib.