Joze Mourinyoya 6 aylıq cəza
11.06.2015 - 00:06
Joze Mourinyoya 6 aylıq cəza

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo qarşıdakı 6 ayda avtomobil idarə etməkdən məhrum olunub. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, bu barədə İngiltərə məhkəməsi qərar qəbul edib.

 

Portuqaliyalı mütəxəssis sürət həddini keçdiyi üçün üstəlik 910 funt-sterlinq məbləğində cərimə də olunub.