“Milan”ın ulduz futbolçusu Kaka cari mövsümdəki çıxışlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 31 yaşlı yarımmüdafiəçi hazırda İtaliya A Seriyasında topladıqları xalların heç də ürəkaçan olmadığını, ancaq yeni baş məşqçi Klarens Zeedorfun gəlişindən sonra komandanın toparlandığını deyib.
Braziliyalı futbolçu avrokuboklara düşmək şanslarını itirmədiklərini bildirib: “Hesab edirəm ki, biz mövsümün sonunda avrokuboklara düşəcək yerdə olacağıq. Amma indi biz ancaq oyunlarımıza köklənməliyik. Gün keçdikcə daha yaxşı oynayırıq. Əgər hər şey yaxşı olsa, nəticələrimiz də yaxşılaşacaq. Zeedorfun özünəməxsus fəlsəfəsi var. Onun üslubundan xoşum gəlir. O, son bir neçə oyunda nəyə qadir olduğunu göstərdi”.
Qeyd edək ki, “rassionerlər” hazırda 25 turdan sonra İtaliya A Seriyasında 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”