Kaka: “Milan”dakı gələcəyim barədə düşünmürəm
01.03.2014 - 01:22
Kaka: “Milan”dakı gələcəyim barədə düşünmürəm

“Milan”ın ulduz futbolçusu Kaka klubdakı gələcəyi ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 31 yaşlı yarımmüdafiəçi hələlik bu barədə düşünmədiyini deyib:

 

Hələ ki, “Milan”dakı gələcəyim barədə düşünmürəm. Çünki müqaviləmin başa çatmasına hələ 16 ay var. Bu məsələni birlikdə həll edəcəyik ki, həm “Milan”, həm də mənim üçün yaxşı olsun. Hazırda klubda tarix yazmaq barədə düşünmək istəyirəm”.

 

Qeyd edək ki, 2003 – 2009-cu illər ərzində “Milan”ın şərəfini qoruyan Kaka 65 milyon avro qarşılığında “Real”a transfer olunmuşdu. O, cari mövsümün əvvəlində “rassionerlər”lə 2 illik müqavilə bağlayıb. Sözləşməsi başa çatdıqdan sonra Braziliyalı futbolçunun ölkəsinə qayıdacağı ilə bağlı mətbuatda xəbərlər yayılıb.