Kamran Ağayev 90 dəqiqə oynadı, 1 qol buraxdı
14.04.2015 - 07:39
Kamran Ağayev 90 dəqiqə oynadı, 1 qol buraxdı

Türkiyə çempionatının I liqasında XXVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Alanyaspor” “kayserispor”u qəbul edib.

 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev “Kayserispor”un heyətində 90 dəqiqə meydanda olub. Qapıçı bu oyunda 1 qol buraxıb.

 

Qeyd edək ki, 27 turdan sonra 57 xalı olan Kayseri təmsilçisi çempionatın lideridi.