Gələcək mövsüm Türkiyə Super Liqasında mübarizə aparacaq “Kayserispor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə “Qalatasaray”ın və Türkiyə milli komandasının keçmiş futbolçusu Okan Buruk gətirilib.
Bu barədə klub prezidenti Hilmi Derinel açıqlama verib. Əvvəlki klubu “Qaziantepspor”dan ayrılan Buruk Kayseri təmsilçisi ilə 1+1 illik anlaşıb.
Milli komandamızın üzvü Kamran Ağayev də ötən mövsümü “Kayserispor”da keçirmişdi. Hazırda müqaviləsi başa çatmış futbolçu ilə yeni anlaşmanın imzalanmasına təyin olunacaq baş məşqçi qərar verməli idi.