Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 1/2 final mərhələsinin cavab oyunlarında qol vuran futbolçuların ikisi bu siyahıya daxil olub, biri mövqeyini daha da yaxşılaşdırıb.
Belə ki, “İnter” – “Neftçi” qarşılaşmasında (1:2) hesabı açan Nikolas Kanales qol sayını 3-əı çatdırıb. Bütün toplarını “İnter”ə vuran çilili hücumçu bombardirlər siyahısında 3-cü pilləyə yüksəlib.
“Bankirlər”in əzmkar qələbəsində rol oynayan Arif Daşdəmirovla Baçana Sxadadze isə 2-ci dəfə fərqləniblər. Onlar ən azı 2 qol vuran oyunçuların sayını 9-a çatdırıb.
|
yer |
futbolçu |
klub |
qol |
|
1 |
Vüqar Nadirov |
“Qarabağ” |
5 |
|
2 |
Draqan Çeran |
“Simurq” |
4 |
|
3 |
Nikolas Kanales |
“Neftçi” |
3 |
|
4-9 |
Arif Daşdəmirov |
“İnter” |
2 |
|
|
Baçana Sxadadze |
“İnter” |
2 |
|
|
Bəxtiyar Soltanov |
“Qəbələ” |
2 |
|
|
Cavid Tağıyev |
“Qarabağ” |
2 |
|
|
Reynaldo Silva |
“Qarabağ” |
2 |
|
|
Röyal Nəcəfov |
MOİK |
2 |