Kanalesdən dubl, “Neftçi”dən böyükhesablı qələbə
07.10.2014 - 08:45
Kanalesdən dubl, “Neftçi”dən böyükhesablı qələbə

Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Neftçi” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə nəticələnib. “Ağ-qaralar”ın qollarından Ruslan Qurbanov və Nikolas Kanales vurub. Onların hər ikisi dubla imza atıb.

 

Əsədovun daha çox gənc futbolçulara şans verdiyi oyunda “Neftçi” 2 penaltini də qaçırıb. Belə ki, Qurbanov və Kanales hərəyə bir dəfə penalti zərbəsindən yararlana bilməyiblər.

 

0