Kannavaro Türkiyə yolunda
31.01.2014 - 07:31
Kannavaro Türkiyə yolunda

Məşhur italiyalı sabiq müdafiəçi Fabio Kannavaronun qardaşı Paolo karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” hazırda “Napoli”də çıxış edən 32 yaşlı futbolçuya elçi düşüb.

 

Belə ki, qış transfer pəncərəsində təcrübəli dayaq müdafiəçisi ilə komandanı gücləndirmək istəyən İstanbul təmsilçisi Kannavaronu heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, Paolo 2006-cı ildə digər İtaliya A Seriyası təmsilçisi “Parma”dan “Napoli”yə keçib. Onun qardaşı Fabio isə 2006-cı ildə UEFA tərəfindən ilin futbolçusu seçilmişdi.