Kapello sabah qovula bilər
23.06.2015 - 22:17
Kapello sabah qovula bilər

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello sabah vəzifəsindən uzaqlaşdırıla bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rusiya Futbol Federasiyasının keçmiş prezidenti Vyaçeslav Koloskov sabah Kapellonun rəsmən qovulacağını iddia edib.

 

Aldığı əmək haqqı ilə daim mətbuatın gündəmində olan italiyalı mütəxəssisdən boşalan yerə ÇSKA-nın baş məşqçisi Leonid Slutskinin gətiriləcəyi bildirilir.