Kardozoya Hollandiyadan təklif var
27.04.2015 - 21:23
Mövsüm sonunda heyətini gücləndirməyi qarşısına məqsəd qoyan “Ayaks” rəhbərliyi gözünü Türkiyə dikib. Apasport. az saytı xəbər verir ki, Hollandiya klubu “Trabzonspor”un forvardı Oskar Kardozonu rənglərinə bağlamaqda israrlıdı.
“Daily Telegraf”ın məlumatına əsasən, hücum xəttində problemlər yaşayan “Ayaks” bu transferi reallaşmadığı halda, ikinci planı da düşünüb. Kardozo alınmazsa, digər alternativ “Brügge”nin futbolçusu Obbi Oularedi.
Qeyd edək ki, bu mövsüm 37 oyunda “Trabzonspor” forması geyinən Kardozo 18 qol vurmağı bacarıb.
0
0