Karlos Bakkanın yeni klubu məlum oldu
28.06.2015 - 00:28
“Sevilya”nın kolumbiyalı futbolçusu Karlos Bakkanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, hücumçu “Milan”la anlaşıb.
Bu barədə oyunçunun meneceri Serxio Barilla açıqlama verib.
Artıq keçidin maliyyə detalları da məlumdu. “Rassionerlər” Bakka üçün andalusiyalılara 30 milyon avro ödəyəcək.
28 yaşlı hücumçu isə “Milan”la 5 illik müqaviləyə imza atacaq və illik 2.5 milyon avro qazanacaq.
0
0