Karlos Kardoso: İtirdiklərimizi bərpa etmək zamanıdır
13.03.2014 - 15:00
Karlos Kardoso: İtirdiklərimizi bərpa etmək zamanıdır

“Neftçi” tədricən öz gücünə qayıtmaqdadır. İndi itirdiklərimizi bərpa etmək zamanıdır”. Bunu apasport.az saytına “Neftçi”nin müdafiəçisi Karlos Kardoso deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin “İnter”lə görüşündə “Neftçi” qələbə qazanmağa yaxın olsa da, matçın əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış bu şansını əldən buraxdı. Belə ki, Kaxaber Sxadadzenin oğlu Baçana meydana daxil olduqdan 3 dəqiqə sonra məhsuldar ötürmə verməklə görüşün nəticəsini müəyyənləşdirdi.

 

Bu görüşdə 90 dəqiqə oynamış braziliyalı mərkəz müdafiəçisi isə qarşılaşmanın sonlarında top buraxmalarına baxmayaraq, nəticənin sərfəli olduğunu bildirib: “İnter”lə oyunda yaxşı mövqe seçirdik. Çempionatda da, kubokda da yaxşı oynamağa çalışırıq. Biz qol vura bilərdik. Ancaq topu itirdik və rəqibin əks-hücumu zamanı öz qapımızda qolu gördük. Bununla belə, məyus olmuruq. Çünki səfərdə oynadığımız üçün 1:1 hesabı da yaxşı nəticədir”.

 

Qeyd edək ki, tərəflərin cavab oyunu martın 19-da “Bakcell Arena”da keçiriləcək.