“Sivasspor”un baş məşqçisi Roberto Karlos gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan məşhur braziliyalı sabiq klubu “Real”da (Madrid) baş məşqçi işləmək istədiyini deyib:
“Real”ı çalışdırmaq üçün hələ kifayət qədər məşqçilik təcrübəm yoxdur. Amma növbəti 10 il ərzində Madrid klubunu çalışdırmağı arzulayıram. Hesab edirəm ki, hələ bir az təcrübəmi artırmalıyam. Yaxşı mövsüm keçirəndə sizinlə maraqlanmağa başlayırlar və mənə təkliflər də gəlib. Amma burada (“Sivasspor”) 2 illik müqaviləm var”.
Qeyd edək ki, 40 yaşlı braziliyalı futbolçu karyerası ərzində (1996-2007) “Real”da çıxış edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”