Kasilya Kasilyasa dəstək verdi
14.05.2015 - 19:45
Kasilya Kasilyasa dəstək verdi

İspaniya La liqasında çıxış edən “Espanyol” klubunun qapıçısı Kiko Kasilya “Real”dakı həmkarı İker Kasilyas haqqında fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, madridlilərlə oyun öncəsi jurnalistlərə açıqlama verən qapıçı kolleqasının son vaxtlar azarkeşlər tərəfindən “fitə basılması”nı anlamadığını deyib:

 

“Anlaya bilmirəm, niyə Kasilyasın ünvanına söyüş söyürlər, onu “fitə basırlar”? Sadəcə olaraq düşüncəmə sığışdıra bilmirəm ki, klubuna çox şey vermiş, uğurlar qazanmış bir oyunçuya qarşı necə belə hörmətsizlik eləmək olar?”