Kasilyas 1 nömrə olmayacaq
14.07.2015 - 17:40
Madrid “Real”ından ayrılaraq, “Porto” ilə müqavilə imzalayan İker Kasilyasın yeni komandasında neçə nömrəli formanı geyinəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı qolkiper Portuqaliya klubunda 1 nömrəli formada çıxış etməyəcək.
Belə ki, Kasilyas 12 nömrəli futbolkanı geyinəcək.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Kasilyas 1999-cu ildən Madrid klubunun əsas komandasında meydana çıxırdı. O, “kral klubu”nda 725 oyun keçirib.
0
0