Kasilyasdan yeni rekord
23.04.2015 - 11:13
Kasilyasdan yeni rekord

Madrid “Real”ının qapıçısı İker Kasilyas Çempionlar Liqasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper “quru” oyunlar seriyasını 52-yə çatdırıb.

 

Bununla da Kasilyas “Mançester Yunayted”in sabiq çərçivə qoruyucusu Edvin van der Sarın rekordunu təzələyib. Hollandiyalıda bu göstərici 51-ə bərabər idi.

 

Kasilyas 52 görüşün 50-də matçı əvvəldən sona qədər keçirib.

 

Qeyd edək ki, “Real”ın yetirməsi olan 34 yaşlı qolkiper 1999-cu ildən əsas komandanın qapısını qoruyur. O, Madrid klubunda bu vaxta qədər ümumilikdə 719 oyunda iştirak edib.